Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un qəpik və kağız pullar vasitəsilə ötürülə bilməsinin mümkünlüyünü açıqlayıb.
Eləcə də bax: Koronavirusla bağlı mübahisəli məsələlər haqqında - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, hazırda COVID-19 virusunun qəpik və ya kağız pullar vasitəsilə ötürülə biləcəyini təsdiq və ya təkzib edən fakt yoxdur. Buna baxmayaraq, infeksiyaya yoluxmuş insandan xaric olunan tənəffüs damcıları səthlərin üzərinə düşə və orada qala bilər.
ÜST bunları nəzərə alaraq, insanlara tövsiyə edir ki, əllərinizi qəpik və ya kağız pullar kimi tez-tez toxunulan istənilən səthə və əşyaya vurduqdan sonra düzgün şəkildə, müntəzəm olaraq yuyun. Əlləriniz təmiz deyilsə, gözlərinizə, ağzınıza və burnunuza toxunmayın.
Trend