“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin müddəti uzadılıb.
Eləcə də bax: Maaşları artırılacaq həkim ixtisaslarının - TAM SİYAHISI
FED.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.
Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən tibb işçilərinə əlavələrin müdəti mayın 1-dən iyulun 1-dək uzadılıb.