Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.
Eləcə də bax: Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə - Vaksin Vurulacaq
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə müddəti noyabrın 1-dək uzadılıb.
Əvvəl bu müddət sentyabrın 1-dək nəzərdə tutulmuşdu. (Apa)