Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.
Ötən il Azərbaycanda koronavirusdan – 1700-Ə YAXIN İNSAN ÖLÜB
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti martın 1-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.