Banner

Sağlamlıq

Koronavirus hansı temperatur və əşyalarda – ÇOX YAŞAYIR? - AÇIQLANDI

Koronavirus hansı temperatur və əşyalarda – ÇOX YAŞAYIR? - AÇIQLANDI | FED.az
13:33 29 Mart 2020

Honkonq Universitetinin alimləri koronavirusun aktiv və passiv olduğu temperaturları müəyyən ediblər.

FED.az xəbər verir ki, alimlərin qənaətinə görə, COVID-2019 virusunun yüksək sabitliyi 4 dərəcə istilikdə yaranır. Dezinfeksiya olunmasa bu istilikdə virus 2 həftə aktiv qala bilir. 70 dərəcə istilikdə isə cəmi 5 dəq yaşayır.

Mütəxəssislər virusun müxtəlif əşyaların üzərində yaşaya bildiyi müddəti də ölçüblər. Məlum olub ki, virus kağızın üzəorində 3 saat, paltar və emal edilmiş ağacın üzərində 2 saat, şüşədə 4 saat, plastikin üzərində isə 7 saat qala bilir.

Ən maraqlısı odur ki, mütəxəssislərin fikrincə, virus tibbi maskaların üzərində də təqribən 1 həftə qala bilər, ona görə də maskaları diqqətlə dezinfeksiya eləmək lazımdır.

Digər xəbərlər

Banner