“2025-ci ildə səhiyyəyə ayrılan vəsait İTS Fondu gəlirlərini də nəzərə alsaq, 3 milyard manata yaxındır”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.
“İTS uğurla həyata keçirilir, insanlar arasında məmnunluq artır. İTS zərfi genişləndirilir. Əhalinin ondan gözləntiləri çox böyükdür. Hələ də bir çox xəstəliklərin İTS ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur. İlkin tibbi xidmətlə bağlı da ölkəmizdə xeyli işlər görülüb. Lakin xüsusilə bölgələrdə bu sahənin ciddi təkmilləşdirilməsinə ehtiyac var”, - deyə komitə sədri bildirib.