“Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitin 80 faizi fərdi şəxslərin ianələridir”.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
İbrahim Məmmədov bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələr necə şəffaflıqla toplanıbsa, o şəffaflıqla da xərclənəcək”.
Fondun İctimai Şurasının üzvü, millət vəkili Ziyad Səmədzadə isə bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti hesabına gələcəkdə bir neçə səhiyyə müəssisəsi tikilə bilər.