Müxtəlif çeşiddə müayinələri özündə birləşdirən "check-up" proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir.
ELƏCƏ DƏ BAX: Şirkət Rəhbəri: «Tibbi sığorta məhz həmin ailələrə lazımdır» - MÜSAHİBƏ
Bəs Azərbaycanda "check-up" müayinəsi neçəyədir?
Suala cavab tapmaq məqsədi ilə paytaxtda fəaliyyət göstərən bir neçə klinikadakı standart "check-up" qiymətləri ilə maraqlandıq. Araşdırmamız nəticəsində məlum oldu ki, ümumi "check-up"ın qiyməti klinikalar üzrə 20 - 394 manat arasında dəyişir. Müayinəyə əsasən, hemoqram, döş qəfəsinin rentgeni, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, qanın, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi daxildir.
Klinikalar üzrə standart "check-up" qiymətlərini təqdim edirik:
Avrasiya Klinikası
Standart "check-up" yoxdur. Terapevtik "check-up" isə 50 manatdır. Kampaniya yoxdur.
Baku City Hospital
Standart "check-up" 58 manatdır. "Check-up"lar kampaniya çərçivəsində həyata keçirilir.
Modern Hospital
Hazırda standart "check-up" xidməti göstərilmir.
Neftçilər Xəstəxanası
Xəstəxanada yalnız şirkət işçilərini "check-up" edirlər.
Medical Plaza
Ümumi"check-up"ın qiyməti 350 manatdır. Hər hansı bir kampaniya tətbiq olunmur.
Mərkəzi Klinika
40 yaşından aşağı qadınlar üçün ümumi "check-up" 165 manat, kişilər üçün isə 110 manatdır. Kampaniyalar yoxdur.
Leyla Şıxlinskaya klinikası
Klinika "check-up"larla işləmir.
Mərkəzi Gömrük Hospitalı
40 yaşdan aşağı şəxslər üçün standart "check-up"ın qiyməti 306 manat, 40 yaşdan yuxarı pasientlər üçün isə 394 manatdır. Kampaniya keçirilmir.
Oksigen Klinik Xəstəxanası
Klinikada ümumi "check-up"ın qiyməti 145 manatdır.
Ömür Klinikası
Klinikada standart "check-up" yoxdur. Döş qəfəsinin rentgeni 12 manat, EXO 40 manat, qarın boşluğunun müayinəsi isə 30 manatdır.
Bioloji Təbabət Klinikası
Klinikada qadınlar üçün ümumi "check-up" 196 manat, kişilər üçün isə 191 manatdır. Hazırda süd vəzisinin "check-up"ına kampaniya var.
Vital Klinika
Klinikada standart "check-up"ın qiyməti kampaniya çərçivəsində 20 manatdır. Kampaniya ayın sonunadək davam edəcək. (kommersant.az)