"Medicare" klinika bağlandığı barədə məlumat yayıb.
FED.az xəbər verir ki, məlumatda bildirilir:
"Klinika Tibbi profilaktika işləri səbəbi ilə müvəqqəti olaraq bağlıdır".
Xəbər verdiyimiz kimi, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.