Səhiyyə Nazirliyi əhalinin yüksək səviyyəli tibbi xidmətdən yararlanmasını təmin etmək məqsədi ilə daim lazımi addımlar atır.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Fed.az-a verilən məlumata görə, ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi E. Əliyeva Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirmişdir. Toplantıda bu istiqamətdə mərhələli şəkildə həll olunacaq tədbirlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Bildirilmişdir ki, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən kliniki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.
Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə, həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir. Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.
Kimsəsizlərin hospitalizasiyası işinə dair tədbirlər görülüb
12:47
3 Okt 2016