Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küç., ev 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Servet Akkuşa məxsus “Kardeşler” un məmulatları ictimai iaşə müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, temperatur rejiminə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb.