“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb”.
Eləcə də bax: Ötən gün karantin rejimini pozan - 1499 SÜRÜCÜ CƏRİMƏLƏNİB
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və hər ilin dövlət büdcəsi haqqında qanuna görə inzibati cərimələr büdcəyə ödənilir: “Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmaları koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.
Report