Banner

Sağlamlıq

Karantin qaydaları daha da sərtləşə bilər - İbrahim Məmmədov

Karantin qaydaları daha da sərtləşə bilər - İbrahim Məmmədov | FED.az
17:26 11 Aprel 2020

“İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur".

FED.az-ın məlumatına görə, bu sözləri Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, yoluxmanın artıb –azalma tezliyi spiralvaridir: "Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın.

Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil.

Məsələn, Aprelin 8-də bir sutka ərzində 3 073 XKR- pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün- aprelin 11-də  isə artıq 1 sutka ərzində XKR- qaydalarının pozuntusu 3 810–a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir.  27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır.

İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların XKR-nin qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünü təcridin səmərəsi olacağına inam var idi. Ancaq, bu günkü mənzərə göstərir ki,  təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”, - deyə hökumət sözçüsü əlavə edib. 

Digər xəbərlər

Banner