Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirləri çərçivəsində Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Əmirxan İntiqam oğluna məxsus dondurma emalı və satışı obyektində Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama nəticəsində bakteriyalar aşkarlanan bu dönərxanalar da bağlandı – SİYAHI
FED.az xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Obyektdə satışı həyata keçirilən “Kapra” MMC-yə məxsus “Kaprado” əmtəə nişanlı müxtəlif çeşidli dondurma məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində “Enterobacteriaceae” bakteriyasının normadan yüksək olduğu məlum olub.
Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək nöqsanlar aradan qaldırılanadək obyektdə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız dondurma məhsullarının satışının qarşısı alınıb.