Kanada höküməti ailələrə və biznesə 82 milyard dollarq yardım paketini açıqlayıb.
Eləcə də bax: Hökumət adambaşına - 1000 DOLLAR ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, hökumət həmçinin kredit borclarının və vergilərin ödənilməsinə moratorium qoyub.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ hökuməti də koronavirusa görə biznesə və amerikalılara 1,3 trilyon dollarlıq dəstək paketini təqdim edib.
İndi isə Kanadanın baş naziri Justin ailələrə və biznesə 82 milyard dollarlıq yardım ediləcəyini bildiri.
Təqdim edilən yardım paketini Kanadanın ÜDM-nin 3 faizi qədərdir, onun 27 milyard dollarını Kanadanın biznesinə və işçilərinə dəstək təşkil edir. Yerdə qalan 55 milyard dollar Kanada iqtisadiyyatının sabitləşməsinə kömək etmək, eləcə də, müəssisələrinin və ev təsərrüfatlarının likvidlik ehtiyaclarını ödəmək üçün üçün vergilərin təxirə salınmasına və d digər ödənişlərə yönəldiləcək.
Bundan 10 milyard dolları təcili tibbi xidmətlərə görə sığorta ödənişlərinə, 5 milyard dolları işsizlərə, 3,8 milyard dollar əməkhaqlarının subsidiyalaşdırılmasına (koronavirusun təsirinə məruz qalan işçilərin hər birinə 1375 dollar, işəgötürənlərə 25000 dollar) xəclənəcək. Kanada höküməti bu dövrdə hər bir uşağa görə ödənilən uşaq pulu məbləğini 300 dollara qaldırmağı təklif edib.
Hökümət bununla yanaşı vergi bəyannamələrinin doldurulması üçün son tarixi aprelin 30-dan İyunun 1-ə keçirib və elan edib ki, bu dövr üçün gecikdirilən vergilər üçün faizlər hesablanmayacaq.
Bundan başqa Kanada höküməti tələbələr üçün də borcların ödənilməsinə 6 aylıq moratorium qoyub.