Fevral ayında AQTA tərəfindən 18 395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.
Agentlikdən FED.az-a bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkarlanıb.
Ən çox rast gəlinən nöqsanlar bunlardır:
İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 734 (83 %);
Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 107 (12%);
Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan müəyyənləşdirilib.