"Jack Ma" və "Alibaba" fondları koronavirusa qarşı mübarizə aparmaq üçün yeddi ölkəyə - Azərbaycan, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Vyetnama tibbi yardım göndərəcək.
Eləcə də bax: Çin Azərbaycana koronavirusla mübarizədə - YARDIM TƏKLİF ETDİ
FED.az məlumat verir ki, qeyd olunduğu kimi, ümumilikdə bu yeddi ölkə ümumilikdə 1,7 milyon maska, 165 min test dəsti, həmçinin qoruyucu geyim, süni nəfəs aparatı və frontal termometr alacaq.
Xatırladaq ki, "Jack Ma" "Alibaba Group"un təsisçisi Cek Ma tərəfindən 2014-cü ilin dekabrında təsis edilib. "Alibaba" fondu isə 2011-ci ilin dekabrında yaradılıb.
Bu fondlar ətraf mühit barədə məlumatlılığın artırılması, təhsil məsələləri, su ehtiyatlarının mühahifəzisinin maliyyələşdirilməsi məsələləri ilə məşğul olur.
Trend