İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb.
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına qadağa qoyuldu
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, "Emulsifiable Oil Aria 80% L" əmtəə nişanlı pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.
Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.













