İranın Bakıdakı özəl klinikasının bağlandığı ilə bağlı məlumat verilmişdir.
Bakıdakı özəl İran klinikası - BAĞLANDI - FOTO
FED.az xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, İran klinikasında plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədi ilə qanuna müvafiq olaraq klinikaya müddət verilib. Növbəti yoxlamalar zamanı aşkarlanan nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığı məlum olub. Bunları nəzərə alaraq müvafiq materiallar aidiyyatı üzrə lisenziya verən dövlət qurumuna təqdim edilib. (Trend)