Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Patent haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
FED.az xəbər verir ki, layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilmir
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.










