“İL” MMC-nin Albaniya Respublikasından gətirdiyi 500 kq marmelad və “Rəmzioğlu Paxlava” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi 540 kq dondurma məhsulundan Qida Təhlükəsizliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
“Təndirçi”də bir sıra nöqsanlar tapıldı - FOTOLAR
FED.az AQTA-ya istinadən xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən, marmelad nümunələrində kif-maya göbələklərinin, dondurma nümunələrində isə “Enterobacteriaceae”nin (bağırsaq çöpü qrupuna aid olan bakteriya) miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisindən kənarlaşdırılması və ya məhv olunması barədə qərar qəbul edilib.