İcbari sığortanın tətbiqindən sonra 349 ambulans alınıb.
FED.az xəbər verir ki, bunu TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
“İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə bu günə kimi 349 ambulans alınıb”, - o qeyd edib.
Vüqar Qurbanovun sözlərinə görə, 2022-ci ildə ümumilikdə 65 ədəd olmaqla 20 ədəd reanimobil, 37 ədəd ambulans, 7 ədəd çətin keçilən ərazilər üçün ambulans, 1 ədəd küvəzli ambulans alınaraq müəssisələrdə istifadəyə verilib:
“2023-cü ildə isə ümumi sayı 100 ədəd olmaqla 20 ədəd reanimobil, 66 ədəd ambulans, 10 ədəd küvəzli reanimobil, 3 ədəd psixiatrik xəstəxanalar üçün nəzərdə tutulmuş ambulans və 1 ədəd səyyar rentgen cihazlı təcili yardım avtomobili alınıb”. (Apa)