“Orqan köçürmələri, böyrək və qaraciyər köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınıb”.
Eləcə də bax: Ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə - DAXİL EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Sədr bildirib ki, uşaqlarla bağlı hansı əməliyyatlar qalmışdısa, onlar da xidmətlər zərfinə salınıb:
“Endoprotezlə bağlı keçən il bizdə limit 300 ədəd idi, indi onu 1200-ə qaldırmışıq, ancaq təcili endoprotezlə bağlı limit yoxdur və nə qədər adamda təcili ehtiyac yaranarsa bu yerinə yetiriləcək” - o deyib.