İtaliyada martın 13-də sutka ərzində 250 nəfər yeni tipli koronavirus xəstəliyindən dünyasını dəyişib.
FED.az məlumat verir ki, Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin sözlərinə əsasən, xəstəlik baş qaldırandan bəri ümumilikdə 1266 nəfər dünyasını dəyişib.
Eləcə də bax: İtaliyada koronavirusun çox sürətlə yayılmasının səbəbləri - AYDIN OLDU
“İtaliya COVID-19-a yoluxmuş şəxslərin ümumi sayı 17660 nəfərə çatıb, hal-hazırda onlardan 1439 nəfəri sağalaraq evlərinə buraxılıb”, - deyə Borrelli bildirib.
O qeyd edib ki, ölənlərin orta yaşı 80-dən çoxdur.
Oxu