İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.
Eləcə də bax: İtaliyada dünən koronavirusdan - REKORD SAYDA ADAM ÖLÜB
FED.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.
O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan 1 809 nəfər ölüb.
Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20 603 nəfər təşkil edir.
Daha əvvəl İtaliyada koronavirusdan 1 441 nəfərin öldüyü, 17 750 nəfərin yoluxduğu bildirilirdi.
Report