“Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır. Bu, nəzəriyyə deyil, faktdır”.
Eləcə də bax: Brifinq başladı - Canlı Yayım
FED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə bildirib.
O, eyni zamanda saxta pasportlar verən həkimlər haqqında danışıb: “Təəssüf ki, belələri var. Bir neçə halda istintaqdan sonra bəlli olub ki, onlar faktiki olaraq peyvənd vurdurmayıblar. Bu gün onlar reanimasiyadadır.
Bütün bunlar araşdırılır. Bununla bağlı cinayət işləri açılır. Bunlar xoşagəlməz məsələlərdir. Dövlətin siyasətinə xələl gətirirlər. Statistikanı pozurlar. Bununla bağlı mübarizə davam edəcək və ciddi şəkildə məsuliyyətə cəlb olunacaq”.