Banner

Sağlamlıq

İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA

İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA | FED.az
12:55 21 Aprel 2021

Hazırda ölkədə həm işləyən, həm də işsiz vətəndaşlar İcbrari Tibbi Sığortanın tibbi xidmətlərindən istifadə edə bilər.

Eləcə də bax: Ötən ay icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox - Tibbi Xidmət Göstərilib

FED.az xəbər  verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, işsiz vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödənilir:

“İcbrai Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir. İcbrari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da, xidmətlər zərfidir. Xidmətlər zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

Hazırda İcbrari Tibbi Sığortadan həm sığorta haqqı ödəyən, həm də ödəməyən hər bir vətəndaşın istifadə imkanı var. Belə ki, 2024-cü ilə qədər sığorta haqqı ödəməyənlərə güzəştlər edilib və onların sığorta haqqı dövlət tərəfindən ödənilir”. (Trend)

Banner

Digər xəbərlər