İsrailin Elm və Texnologiya naziri Ofir Akunisin İsrail alimlərinin koronavirusa qarşı peyvəndi hazırlamaq ərəfəsində olduqlarını açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə İsrailin MIGAL araşdırma mərkəzi məlumat yayıb.
İşlər yolunda gedərsə, qanuni proseslər və digər mərhələlər də nəzərə alınarsa, peyvəndin 90 gün ərzində istifadəyə hazır olması mümkündür.
MIGAL araşdırma mərkəzi, əvvəlcədən toyuqlarda “yoluxucu viral bronxit” əleyhinə hazırlanmış vaksinin mövcud koronavirusa qarşı da istifadə edilə biləcəyini açıqlamışdı.
“Ümid edirəm ki, peyvənd bir neçə həftəyə hazır olacaq”,- deyə MIGAL biotexnologiya tədqiqat qrupu başçısı Çen Katz bildirib.
Qeyd edək ki, hazırda İsraildə koronavirusa yoluxma hallarının sayı 10-a çatıb.
Qafqazinfo