Azərbaycan Prezidentinin 18 sentyabr 2015-ci il tarixli “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamının icrası məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev 15.02.2017-ci il tarixində əmr imzalayıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzalanmış əmrdə Səhiyyə Nazirliyinin Təşkilat Komitəsinin yaradılması tapşırılıb.
Əmrə əsasən, səlahiyyətli şöbə rəhbərlərinə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhər Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin müəyyənləşdrilməsi, zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator diaqnostika ilə təmin olunması, müvafiq tibbi kadrların peşəkarlığın artırılması istiqamətində təlimlərə cəlb etmək, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi kimi tapşırıqlar verilib.