"Vəfa Collection" şirkətinin rəhbəri, ilk "made in Azerbaycan" tekstil brendinin yaradıcısı, Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi, riyaziyyatçı, hüquqşünas, "İş Qadınlarına Dəstək" İctimai Birliyinin sədri Vəfa Muradzadə Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə edib.
Eləcə də bax: Maska üçün xammal rüsumdan - AZAD EDİLDİ
FED.az xəbər verir ki, bunu tanınmış iş adamı Vəfa Muradzadə açıqlamasında bildirib.
Vəfa Muradzadə bildirib ki, bir neçə müddət sonra dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 10.000 tibbi maska ianə edəcəklər.
Qafqazinfo