İranda koronavirusdan (COVID-19) qorunmaq məqsədilə saxta içki istehlakından zəhərlənərək ölənlərin sayı 320-yə çatıb.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 3 036-YA ÇATDI
FED.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama yayıb.
“6 mart tarixindən bu günə qədər 3 min 117 adam saxta içkilərdən zəhərlənərək xəstəxanalara müraciət edib”,- deyə o, qeyd edib.
O, həmçinin saxta içki istehlakı səbəbindən 62 nəfər insanın görmə qabiliyyətini itirdiyini bildirib.
Qeyd edək ki, İranda koronavirusa qarşı müsbət təsir göstərdiyi barədə əhali arasında yayılan şayiələr saxta alkoqollu içki istehlakının artımına səbəb olub.
Qafqazinfo