İranda daha 117 nəfər koronavirusun qurbanı olub.
Eləcə də bax: İran prezidenti: "Valyuta Fondu "ayrı-seçkilik" edir"
FED.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 110 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 684 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 66 220 nəfərə çatıb.
K.Cahanpur həmçinin 32 309 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 918 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Report