İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.
Eləcə də bax: İrandan Azərbaycana virusun keçmə ehtimalı barədə - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.
Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.
Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan 4-nün öldüyü təsdiqlənib.
Xatlrladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı.
Report