İranda daha 73 nəfər koronavirusun qurbanı olub.
FED.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 5 031 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 374 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 80 868 nəfərə çatıb.
K.Cahanpur həmçinin 55 987 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 513 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Report