İranda daha 111 nəfər koronavirusun qurbanı olub.
FED.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 585 nəfər olduğunu açıqlayıb.
Eləcə də bax: Naxçıvanda koronavirusa yoluxanların sayı 71-ə çatıb - 1 NƏFƏR ÖLÜB
O bildirib ki, daha 1 617 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 73 303 nəfərə çatıb.
K.Cahanpur həmçinin 45 983 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 877 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Report