İranda daha 121 nəfər koronavirusun qurbanı olub.
Eləcə də bax: İran prezidenti: "Valyuta Fondu "ayrı-seçkilik" edir"
FED.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 003 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 997 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 67 286 nəfərə çatıb.
K.Cahanpur həmçinin 29 812 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 956 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Report