İranda daha 133 nəfər koronavirusun qurbanı olub.
FED.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 3 872 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 2 089 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 62 589 nəfərə çatıb.
K.Cahanpur həmçinin 27 039 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 987 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Report