Banner

Sağlamlıq

İranda koronavirusdan ölənlərin sayı - 3 036-YA ÇATDI

İranda koronavirusdan ölənlərin sayı - 3 036-YA ÇATDI | FED.az
14:33 1 Aprel 2020

İranda daha 138 nəfər koronavirusun qurbanı olub.

Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 2898-Ə ÇATDI

FED.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 3 036 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 2 987 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 47 593 nəfərə çatıb.

K.Cahanpur həmçinin 15 473 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 871 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Unikal

Digər xəbərlər

Banner