Sağlamlıq

İranda koronavirusa qarşı - YENİ CİHAZ HAZIRLAYIBLAR

İranda koronavirusa qarşı - YENİ CİHAZ HAZIRLAYIBLAR | FED.az
18:27 11 Aprel 2020

İranın “Atra Ariya” texnologiya şirkətinin mütəxəssisləri dezinfeksiya üçün yeni cihaz hazırlayıblar.

Eləcə də bax: Koronavirusa qarşı vaksin - NƏ ZAMAN HAZIR OLACAQ?

FED.az "azərtac"a istinadən xəbər verir ki, şirkətin əməkdaşları cihazı təqdim edərək onun funksiyası haqqında məlumat veriblər. Qeyd olunub ki, “Ozonator” adlanan yeni cihazı istər ev otağına, istərsə də iş otağına yerləşdirmək olar. Cihazı işə saldıqdan sonra ozon ifraz edir və otaq dezinfeksiya olunur. Ozonator vasitəsilə, həmçinin paltarları və meyvə tərəvəzi də sterilizasiya etmək mümkündür. Bu cihaz koronavirusla yanaşı digər mikrob və bakteriyaları da məhv edir.

“İran” qəzetinin redaksiyası isə nəşr olunan qəzetləri nəşriyyatda polietilen torbalara salaraq satışa çıxaracaq. Redaksiyadan bildiriblər ki, qəzetin abunəçilərinə də qəzet polietilenə salınaraq paylanacaq.

Aprelin 12-də Türkiyədə qalan İran vətəndaşlarını gətirmək üçün İstanbula yola düşməli olan təyyarə reysi qeyri müəyyən vaxta kimi təxirə salınıb. Buna səbəb isə bu gündən (aprelin 11) başlayaraq Türkiyədə komendant saatının tətbiq edilməsi olub.

Digər xəbərlər