İran Prezidenti Həsən Ruhani koronavirus infeksiya ilə əlaqədar tətbiq edilən qadağalara əməl edən ölkə vətəndaşlarına təşəkkür edib.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 3 036-YA ÇATDI
FED.az xəbər verir ki, koronavirusla bağlı komissiyasının iclasında çıxış edən İran Prezidenti xəstəliyin nə zaman aradan qalxacağının bilinmədiyini vurğulayıb.
“İranda koronavirus qarşıdakı aylara, bəlkə də 20 mart 2021-ci ilə qədər davam edə bilər. Buna görə də Səhiyyə Nazirliyinin açıqladığı qaydalara əməl etməyə davam etməliyik”, - deyə H. Ruhani vurğulayıb.
APA