İranın Koronavirusla Mübarizə Qərargahı ölkə xaricindən 30 milyon doza peyvənd alınması haqqında qərar qəbul edib.
İran sərt karantin rejiminə keçir, bütün dövlət və özəl sektorların - İşi Dayandırılır
FED.az xəbər verir ki, bu barədə Prezident İbrahim Rəisi mətbuata açıqlamasında deyib. O bildirib ki, tibbi normalara daha ciddi əməl olunmalı və sərhəd-keçid məntəqələrində nəzarət güclənməlidir. Bununla əlaqədar olaraq dövlət qurumları əlaqəli işləməlidirlər. Hər hansı bir problem olarsa dövlət qurumları onu əlaqəli şəkildə həll etməlidirlər.
İranın Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada 29 min 700 nəfər virusa yoluxub, 466 xəstə isə pandemiyanın qurbanı olub. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 4 milyon 389 min 85 nəfərə, yoluxaraq ölənlərin sayı isə 97 min 208-ə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 3 milyon 700 min 828 xəstə sağalaraq evə buraxılıb. Müalicəsi davam edən 7252 nəfərin vəziyyəti ağır olaraq qalır.(AZƏRTAC)