Koronavirus təhlükəsi ilə əlaqədar İranın Ali Rəhbəri Əli Xamneyinin tapşırığı əsasında yaradılan qərargahın bu gün ilk iclası keçirilib.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 514-Ə ÇATDI
FED.az xəbər verir ki, iclasdan sonra jurnalistlərə açıqlama verən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bildirib ki, 10 gün müddətində bütün əhali tibbi müayinədən keçiriləcək və şübhəli şəxslər nəzarət altına alınacaq.
Onun sözlərinə görə, bunun üçün 1000 tibbi mərkəzi yaradılacaq.
Apa