İranda ötən 24 saat ərzində yeni koronavirus (COVID19) nəticəsində 136 nəfər ölüb.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 3 452-YƏ ÇATDI
FED.az bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 3 739 nəfərə yüksəlib.
Cahanpur deyib ki, ötən sutkada daha 2 274 nəfər koronavirusa yoluxub. Ümumilikdə İranda bu virusa yoluxanların sayı 60 500 nəfərə yüksəlib.
Nazirlik rəsmisi əlavə edib ki, 4 083 nəfərin vəziyyəti ağır və kirtikdir.
Cahanpur indiyədək 24 236 nəfərin sağalaraq evə buraxıldığını deyib.
Trend