Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişikliklər edib.
ELƏCƏ DƏ BAX: Apteklər üçün sərt cəzalar gəlir - YENİLİK
FED.az-ın məlumatına görə, dəyişiklik əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlıdır.
Əsasnaməyə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
Əsasnaməyə əsasən səhiyyənin müalicə-profilaktika və sanatoriya-epidemiologiya idarələrində, uşaq evlərində, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, tibbi-sosial ekspert komissiyalarında, məhkəmə tibb ekspertizasında işləyən tibb və əczaxana işçilərinə, habelə Qızıl Aypara cəmiyyətlərində çalışan şəfqət bacılarına müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanır.
Dəyişikliyə əsasən bundan sonra inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində işləyən və əmək qabiliyyətini müvəqqəti itirmiş tibb və əczaxana işçilərinə də müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanacaq.
İnternatlarda əmək qabiliyyətini itirənlər üçün - YENİLİK
01:11
30 Noy 2018