Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (AEM) Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) istehsalçıları və idxalı ilə məşğul olan şirkətlərə müraciət edib.
Eləcə də bax: AQTA-dan qida əlavəsi satan sahibkarlara - XƏBƏRDARLIQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) bir sıra tədqiqatlar nəticəsində, bioloji fəallığa malik qida əlavələrinin tərkibində “Titanium dioxide (E 171)” adlı köməkçi maddənin istifadə olunmasını insan orqanizmi üçün təhlükəli hesab edir.
“BFMQƏ-lərin ölkə daxilində istehsalı və idxalı ilə məşğul olan şirkətlərin bu məlumatı nəzərə almağı zəruridir!”, - deyilir.
Məlumat üçün link: (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585)