1 noyabr 2021-ci il tarixdən etibarən “Oxford-AstraZeneca”, “Pfizer-BioNTech”, “Moderna” və “Johnson&Johnson” peyvəndlərinin hər iki dozasını qəbul etmiş Azərbaycan vətəndaşlarının COVID-19 pasportu İngiltərədə tanınacaq.
Eləcə də bax: Vyetnam Azərbaycanın peyvənd pasportlarını - TANIYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Qaydaya görə, sərnişinlər peyvəndin ikinci dozasını səyahətdən azı 14 gün əvvəl qəbul etməlidirlər. Vaksin sertifikatları ingilis dilində olmalı, şəxsin adı, doğum tarixi, vaksini nə zaman və harada qəbul etdiyi ilə bağlı məlumatlar yazılmalıdır. Bundan başqa, qaydalara əsasən, Azərbaycandan səyahət edən şəxslər İngiltərəyə daxil olarkən sərnişin lokator formaları doldurmalı, İngiltərəyə çatdıqdan iki gün sonra isə PCR və ya “lateral flow” test adlanan daha ucuz testlərdən verərək neqativ nəticə almalıdırlar.
Qeyd edək ki, bundan öncə Azərbaycanın vaksin sertifikatları Britaniyada keçərli olmadığı üçün səyahət edən şəxslər İngiltərədə azı 5 gün karantin rejiminə əməl etməli idi.