İndiyədək Azərbaycana koronavirus əleyhinə 14 092 460 vaksin gətirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, gələn il üçün ölkəyə əlavə olaraq 4 milyon 431 min doza vaksinin gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer” və “Sputnik V” vaksinləri istifadə olunur.