Aprelin 27-dən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Artıq karantin rejiminin yumşaldılmasının ikinci günündəyik və hamını növbəti mərhələyə keçid maraqlandırır.
Eləcə də bax: "Yenidən ciddi karantinin tətbiqi külli zərər və ya müflisləşmə ilə nəticələnə bilər"
Qeyd edək ki, karantin rejiminin yumşaldıldığının ilk günü-27 apreldə Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb,1 nəfər ölüb.
FED.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hələlik ilk günün təhlili barədə danışmaq tezdir:
“Ümumi dinamikanın təhlili üçün yaxın 2-3 günün də nəticələrinə baxmaq lazımdır”.
Hökumət rəsmisi deyib ki, hər şey xəstəliyə yoluxma ilə sağalma dinamikası arasındakı fərqdən asılı olacaq:
"İndidən hadisələri qabaqlamaq çox tezdir. Ümid edək ki, müsbət dinamika davam edəcək”.