Xəbər verildiyi kimi, bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır.
FED.az-ın əldə etdiyi məlumata görə, ölkədə ilk vaksinlər TƏBƏB-in rəhbəri Ramin Bayramlı və səhiyyə naziri Oqtay Şirəliyevə vurulacaq. Həmni şəxslərin vaksinlənməsi bu gün baş tutacaq.
Xatırladaq ki, Azərbaycan 2 milyon nəfər üçün 4 milyon doza Çin istehsalı olan «Sinovac» peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib.
1-ci mərhələdə vaksinlər səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətə vurulacaq.
2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.