“Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”
Eləcə də bax: Səhiyyə nazirinin müavini: "Vaksinasiya pulsuz olacaq"
FED.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.
O bildirib ki, əhalinin böyük əksəriyyətində COVID-19 virusuna qarşı immunitet yarananadək tibbi maskalardan istifadə davam etdirilməlidir:
“Vaksin vurulandan sonra rahatlaşmaq olmaz. Çünki anticisimin yaranması iki-üç həftə çəkə bilər. Vaksin vurulan şəxslər də həm özünü, həm başqalarını qorumaq üçün maskadan istifadə etməlidir. Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”.